Rusiya neftin gələnilki qiyməti ilə bağlı proqnozunu açıqlayıb
Paylaş
122 baxış·1 dəq oxu
Bakı. 6 sentyabr. REPORT.AZ/ Rusiyanın Energetika Nazirliyi gələn il dünya bazarında neftin qiymətinin 45-55 dollar/barel diapazonunda dəyişəcəyini proqnozlaşdırır. “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə nazir Aleksandr Novak bildirib. Xatırladaq ki, bundan əvvəl nazirlik gələn ilin əvvəlində neftin qiymətinin stabilləşəcəyinə ümid etdiyini bəyan etmişdi.