Türkiyə Super Liqasının oyunları Azərbaycanda canlı yayımlanacaq.
Metbuat.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası ilk dəfə olaraq liqa oyunlarının xarici ölkələrdə canlı yayımlanmasına icazə verib və həmin ölkə Azərbaycan seçilib. Ölkəmizdə həmin oyunları "CBC sport" kanalında izləmək mümkün olacaq. Bu haqda telekanaldan məlumat verilib.
Kanalın rəhbəri Volkan Üst bildirib ki, həftədə iki əsas oyun canlı yayımlanacaq.
Sərdar Məmmədov / Metbuat.az
| Dünyanın ən məşhur 7 intihar yeri - FOTOLAR - Oxumaq üçün tıkla |