İradə: "Təzə ailə quranda baldızımın yoldaşı ilə problem yaşadım"

İradə: "Təzə ailə quranda baldızımın yoldaşı ilə problem yaşadım"
09:32 9 Yanvar 2015
280 Şou
Ölkə mətbuatı
A- A+

İradə İbrahimova beş il əvvəl seçdiyi həyat yolundan danışıb.

Gecce.az xəbər verir ki, ifaçılığı müvəqqəti olaraq kənara qoyub, analıq missiyasını üzərinə götürən İradə üçün bu mərhələ o qədər də asan olmayıb. Müğənni bu beş ili belə xatırlayıb:
 
“Mən həmişə ev xanımı olmaq istəmişəm. Səhnəyə gələn gündən də bunu demişəm. Beş il əvvəl  zirvəni qoyub ailə qurmağı seçdim. Hər şeyin öhdəsindən rahatlıqla gəldim desəm, yalan olar. Təzə ailə quranda baldızımın yoldaşı ilə problemlər yaşadım. Mən müğənniydim deyə hər kəs mənim ətrafımda toplanmağa başlamışdı. Bu da onun o qədər də xoşuna gəlməmişdi.
 
Çox narahatlıq keçirdim. Qaynanama gedib ağladım ki, axı mən heç kimə haqsızlıq etmirəm? Qaynanam başa saldı ki, hər kəsi sevmək məcburiyyətində deyilsən. Eləcə də hamı səni sevə bilməz. Burada əl üstündə gəzdirilirdim. Hamı İradə xanım deyə çağırırdı. Orada isə sadəcə İradə oldum. Bu beş ildə çox şey öyrəndim”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/318035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR