“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 2,1 mln. manat və yaxud 0,12% çoxdur.
İlin əvvəlinə nisbətən problemli kreditlər 340,2 mln. manat və yaxud 23,1%, son 1 ildə isə 308,4 mln. manat və yaxud 20,5% artıb.
İyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 14,1% olub. Bu nisbət iyunun sonunda 13,1%, ötən ilin sonunda və ötən il iyulun sonunda isə 9% təşkil edib.