Orqanizmə faydalı olan əvəlik şorbasının

Qarabağda məşhur olan bu bitki, Qars, İğdır, Ərzurum, Van bölgələrində də çox istifadə olunur. Sağlamlığa faydalıdır. Xalq arasında soyuqdəymə zamanı müalicə üçün istifadə edilir.

Tərkibində üzvi turşular, C, B1 və A vitaminləri, kalsium, dəmir duzları və başqa maddələr də var. Qədim vaxtlardan bəri əvəlik yarpaqlarından xalq təbabətində dərman kimi istifadə edilir. Əvəlik soyuqdəymə ilə yanaşı, mədə və bağırsaq üçün xeyirli təbii vasitədir. 

Əvəlik şorbası 

Tərkibi: 1 ədəd soğan, 1 ədəd kartof, 1 kasa yaşıl mərci, 1 kasa düyü, 1 ovuc əvəlik yarpağı. Ət suyu, zeytun yağı, duz, istiot. 

Hazırlanması: Əvəlik yarpaqları bir qazana qoyulub biraz qaynadılır. Sonra yaşıl mərci qaynadılır. Kartof doğranılır və hazır saxlanılır. Əvvəl soğan doğranılıb yağla qovrulur. Soyuq su əlavə edildikdən sonra bir kasa düyü suyun içinə boşaldılır. Kartof və ardından yaşıl mərcimək əlavə edilir və ən son duzu da qatılaraq qaynamağa qoyulur. Çox qatılaşarsa, üzərinə biraz su tökərək isdədiyiniz formanı ala bilərsiniz. Nuş olsun!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR