Turun son qarşılaşmasında "Qarabağ" klubu Bakı "İnter"ini qəbul edib. "Bakcell Arena"da keçirilən görüş heç-heçə başa çatıb - 0:0.
Turun ilk oyun günündə isə dünən 3 qarşılaşma baş tutub. Zaqatalanın "Simurq" klubu AZAL-ı minimal hesabla məğlub edib. "Xəzər Lənkəran" doğma azarkeşlər önündə "Sumqayıt"la üz-üzə gəlib. 90 dəqiqənin sonunda Lənkəran təmsilçisi 3:2 hesablı qələbəni bayram edib. İlk oyunun digər matçında "Neftçi" və "Bakı" komandaları qüvvələrini sınayıb. "Ağ-qaralar" görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, Premyer Liqanın XXVIII turunun oyunları aprelin 5-də keçiriləcək.