Mayamidə LÜKS VİLLALARI olan aktyor qasırğa nəticəsində ziyana düşdü - FOTO

Mayamidə LÜKS VİLLALARI olan aktyor qasırğa nəticəsində ziyana düşdü - FOTO
10:18 13 Sentyabr 2017
244 Şou
Ölkə mətbuatı
A- A+

Tolgahan Sayışmanın bu yaxınlarda Mayamidə aldığı iki evinə irma qasırğası nəticəsində ciddi ziyan dəyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tolgahan Sayışman keçən ay Mayamidə iki iqamətgah alıb. Aktyor villanın birinə üçün 385 min, ikincisinə 210 min dollar ödəyib. O, 385 min dollara aldığı evi ayılığı 3500 dollara kirayə verib. Ancaq Amerikanın Florida ştatında başlayan irma qasırğası ona da təsirsiz ötüşməyib.

Ciddi maddi zərərə məruz qalan Tolgahan Sayışman fəaləkt haqqında bunları deyib:

"Fəlakətin baş verəcəyini bilsəydim, bu sərmayəni tələsik etməzdim, qasırğanın keçməsini gözləyərdim. Amma belə bir bəlanın baş verəcəyini əvvəlcədən təxmin etmək mümkün deyil. Yenə də hər işdə bir xeyir var. Təki heç kimə heç nə olmasın, qalanı düzələndir”.

Məlumat üçün bildirək ki, Almeda Abazi ilə evli olan kino ulduzunun Los-Ancelesdə də bir neçə evi var.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/213177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR