"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qərar Məşqçilər Komitəsinin təklifinə əsasəna qəbul olunub. Yeni baş məşqçi isə bu müddət üçün Aslan Kərimov və Cahangir Həsənzadəni özünə köməkçi-məşqçi təyin edib.
Qeyd edək ki, Samir Ələkbərov yeni vəzifədə ilk iki oyunda İsrail və İrlandiyaya 1:3 hesablı məğlubiyyyətlərdən sonra istefaya göndərilmiş Yaşar Vahabzadəni əvəzləyib. Azərbaycan millisi ilin sonunadək oktyabrın 6-da Almaniya ilə səfərdə, noyabrın 9-da evdə qarşılaşacaq. Noyabrın 14-də isə Kosovo millisi ilə Bakıda görüş nəzərdə tutulub.