Dünya birjalarında neft ucuzlaşıb.
Publika.az xəbər verir ki, Nyu-Yorkun NYMEX
əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının
gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,04 dollar və ya
0,08% azalaraq 49,87 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin
dəyəri isə 0,10 dollar və ya 0,18% azalaraq 55,38 dollar olub.