Qəbələdə MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçiriləcək

Qəbələdə MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçiriləcək
14:27 19 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ Sabah Qəbələ şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 16-cı iclası keçiriləcək.
“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin başçıları, eləcə də müşahidəçi qismində Latviya və Estoniya gömrük xidmətlərinin nümayəndələri iştirak edəcəklər.
Açılış mərasimində DGK–nın nin sədri Aydın Əliyevin və Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini, Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin sədri Anatoliy Serışevin iştirakı nəzərdə tutulub. Tədbirdə ilk öncə DGK-nın "Gömrük hüquqpozmaları və qaçaqmalçılığa qarşı mübarizə sahəsində Azərbaycan Gömrük Xidmətinin işinin təşkili" mövzusunda təqdimatı keçiriləcək. Sonra gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə idarələrinin rəislərinin qərargah rəhbəri vəzifəsinə namizədin təsdiqlənməsi məsələsinə baxılacaq, eləcə də MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 15-ci iclasının qərarlarının və 2017-ci il üçün iş planının icrası barədə katibliyin məlumatı dinləniləcək.
İclasda Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 2020-ci ilə qədər fəaliyyət strategiyasının işlənməsi, terrorizm və ekstremizmin maliyyələşdirilməsinə qarşı mübarizə məsələsinə Komitənin regional yanaşmasının formalaşdırılması, həmçinin Ümumdünya Gömrük Təşkilatının himayəsi altında Rusiya Federal Gömrük Xidmətinin "Qolkiper" qlobal xüsusi gömrük əməliyyatının keçirilməsi və 2018-ci ildə MDB üzv dövlətlərin gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin qarşılıqlı əlaqələndirilməsinin təşkili məsələləri barədə məlumat veriləcək.
Bundan başqa, iclasda Qafqaz istiqamətində "şimal marşrutu" üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, gömrük sahəsində hüquqpozmaların aşkar edilməsi, aradan qaldırılması və istintaqının aktual məsələləri, MDB-yə üzv dövlətlərin gömrük xidmətlərinin hüquq-mühafizə orqanlarının əməkdaşları üçün ixtisasın artırılması tədbirlərinin təşkili üzrə planın icrasının ilkin nəticələri və kinoloji xidmət məsələləri üzrə işçi qrupun fəaliyyəti barədə hesabatlar təqdim ediləcək.
İclasın sonunda Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 2018-ci il üçün iş planının layihəsinin, eləcə də Komitənin gömrük sahəsində iqtisadi cinayətlər və hüquqpozmalara qarşı mübarizə üzrə 2018-2019-cu illər üçün və Ümumdünya Gömrük Təşkilatının hüquq-mühafizə fəaliyyəti ilə bağlı MDB üzv dövlətləri üzrə RILO-Moskva regional əlaqələndirmə qovşağının 2018-ci il üçün iş planlarının qəbul edilməsi barədə məsələlər nəzərdən keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/gomruk-xidmeti-rehberleri-surasinin-huquq-muhafize-bolmeleri-bascilari-komitesinin-iclasi-kecirilece

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR