Siqaretdən istifadəni məhdudlaşdıran qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq

Siqaretdən istifadəni məhdudlaşdıran qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq
15:27 19 Sentyabr 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” və “Turizm haqqında” qanun layihələri parlamentin payız sessiyasının plenar iclasının gündəliyinə salınacaq.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi demək olar ki, hazırdır.
H.Rəcəbli qeyd edib ki, “Turizm haqqında” qanun layihəsinin ikinci oxunuş üçün plenar iclasa çıxarılması üçün hazırda ciddi işlər görülür: “Layihə hökumətə göndərilib və oktyabr ayı üçün plenar iclasın gündəliyinə salınacaq”.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/siqaretden-istifadeni-mehdudlasdiran-qanun-layihesi-milli-meclisin-payiz-sessiyasinda-muzakireye-cix

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR