IFC Azərbaycanda yeni məşvərətçi layihəyə start verib

IFC Azərbaycanda yeni məşvərətçi layihəyə start verib
15:52 19 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ Dünya Bankı Qrupu fərdi şəxslər və kiçik sahibkarlar üçün maliyyə xidmətlərindən istifadəni asanlaşdırmaqla, maliyyə sistemində maliyyə inklüzivliyinin təkmilləşdirilməsi üçün Azərbaycanda yeni məşvərətçi layihəyə start verib. "Report" xəbər verir ki, bu məqsədlə Bakıda hökumət və biznes strukturları rəsmilərinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış esən Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyev deyib ki, bu layihə Azərbaycanda elektron ödənişlərin həcminin artmasına kömək edəcək: "Bu ilin əvvəlindən "Mastercard"la yeni layihəyə start vermişik. Elektron ödənişlər hazırda aktual məsələdir. Rəqəmsal iqtisadiyyat dünya iqtisadiyyatında əsas trendlərdən biridir. Düşünürük ki, hər iki layihə əhəmiyyətlidir. Mərkəzi Bank olaraq bu layihənin reallaşması üçün lazımi dəstəyi göstərməyə hazırıq".
Xatırladaq ki, Elektron və Rəqəmsal Maliyyə Xidmətləri Layihəsi Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Məliyyə Korporasiyası (IFC) tərəfindən həyata keçiriləcək və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ifc-azerbaycanda-yeni-mesveretci-layiheye-start-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR