MDB ölkələri XİN mətbuat xidmətlərinin nümayəndələri təcrübə mübadiləsinə dair razılığa gəliblər

MDB ölkələri XİN mətbuat xidmətlərinin nümayəndələri təcrübə mübadiləsinə dair razılığa gəliblər
17:47 19 Sentyabr 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün Rusiyanın Xarici İşlər Nazirliyində MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirliklərinin mətbuat xidmətlərinin nümayəndələrinin "İnformasiya sahəsində MDB üzv dövlətlərinin qarşılıqlı əlaqəsi haqqında" mövzusunda növbəti illik məsləhətləşmələr keçirilib.
"Report"un Rusiya XİN-in Mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan (müşahidəçi qismində), Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Tacikistan və həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak edib.
Tədbirdə bir çox məsələlər üzrə, həmçinin təcrübə mübadiləsinə dair razılığa gəlinib, rəqəmsal diplomatiya sahəsinə, ilk növbədə, sosial şəbəkələrdə əlaqələrin inkişafına xüsusi diqqət yetirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/media/mdb-olkeleri-xi-n-metbuat-xidmetlerinin-numayendeleri-tecrube-mubadilesine-dair-raziliga-gelibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR