Yevlaxda xadimələri daşıyan avtobus qəzaya uğrayıb

Yevlaxda xadimələri daşıyan avtobus qəzaya uğrayıb
21:32 19 Sentyabr 2017
168 Ölkə
Ölkə mətbuatı
A- A+

Yevlax. 19 sentyabr. REPORT.AZ/ Yevlax şəhərində avtobus ilə minik maşını toqquşub.
"Report"un Qərb bürosunun məlumatına görə, qəza Yevlax şəhər Mənzil Kommunal Təsərrüfat İdarəsinə (MKTİ) məxsus avtobusun "Mazda" markalı avtomobillə toqquşması nəticəsində qeydə alınıb.
Nəticədə "Mazda"nın 1984-cü il təvəllüdlü sürücüsü Fuad Zahid oğlu Rəhimov və avtobusun sürücüsü xəsarət alıb.
Hadisə zamanı avtobusda MKTİ-də çalışan 10-a yaxın xadimə olub.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Hər iki yaralının vəziyyəti normaldır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/yevlaxda-xadimeleri-dasiyan-avtobus-qezaya-ugrayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR