Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırıb

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırıb
00:52 20 Sentyabr 2017
189 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Myanmada yaranmış böhranı terror aksiyaları ilə mübarizə bəhanəsi altında soyqırımı adlandıırıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Türkiyə prezidenti bunu çərşənbə axşamı BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı bildirib.
"Myanmada təxribat xarakterli terror aksiyaları ilə mübarizə bəhanəsi altında faktiki olaraq etnik zəmində soyqırımı baş verir. Yüzminlərlə qaçqın hətta birinci dərəcəli ehtiyaclarını belə ödəyə bilmir. Suriyada olduğu kimi, hamı susur. Türkiyə bu insanlara kömək etmək üçün səy göstərir. Biz onlara kömək etməsək, bu fəaliyyətsizlik bütün dünya ictimaiyyəti üçün utancverici bir ləkə olacaq", — deyə Ərdoğan əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/erdogan-myanmadaki-bohrani-soyqirimi-adlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR