“Putin mənz bunun üçün prezident olmağa qərar verib” - ŞOK İDDİA - VİDEO

“Putin mənz bunun üçün prezident olmağa qərar verib” - ŞOK İDDİA - VİDEO
13:48 20 Sentyabr 2017
130 Dünya
Ölkə mətbuatı
A- A+

"Vladimir Putin SSRİ-nin dağılmasına görə ABŞ-dan qisas almaq üçün prezident olmağa qərar verib".

Publika.az xarici mediaya istinadən xəbər verir ki, belə versiya ilə Amerika aktyoru Morqan Friman çıxış edib.

“Və bu film üçün ssenari deyil”, - Friman Rusiyanın ABŞ-dakı prezident seçkilərinə mümkün müdaxiləsinin araşdırılması üçün yaradılan komitənin hazırladığı təbliğat videoçarxında bildirib.

Aktyor həmçinin Rusiyanı kiberhücumlarda və demokratiyanın pozulmasında ittiham edib.

Məşhur aktyor videoçarxın sonunda ABŞ prezidenti Donald Trampdan prezident seçkilərində Rusiyanın kiberhücumları haqqında ABŞ vətəndaşlarına açıqlama verməyi və araşdırmanın keçirilməsi üçün Konqresə müraciət etməyi tələb edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR