Bitkoin noyabrda yenidən bölünə bilər

Bitkoin noyabrda yenidən bölünə bilər
20:07 20 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bitkoin noyabr ayında yenidən bölünə bilər. 
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, bitkoinin yaradıcıları kriptovalyuta bazarının sürətli inkişafını nəzərə alaraq üçüncü bitkoin növünü yaratmağa hazırlaşır. Qeyd edək ki, bitkoin 2017-ci ilin avqust ayının 1-də bitkoin və bitkoin kəşə (BCC) bölünüb.
Məşhur kriptovalyuta investoru Rocer Verə (Rodger Ver) görə, bu dəfə bölünəcək kriptovalyuta BCC olacaq. İnvestor öz investisiyasının bir hissəsini bu kriptovalyutaya keçirdiyini bildirib.
Xatırladaq ki, hazırda BCC-nin qiyməti 470 ABŞ dollarına yaxındır. Əgər həqiqətən də BCC bölünsə, o zaman onun qiymətində kəskin artım müşahidə oluna bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bitkoin-noyabrda-yeniden-bolune-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR