Xorvatiya "Dinamo"sunun baş məşqçisi evinin qarşısında döyülüb

Xorvatiya "Dinamo"sunun baş məşqçisi evinin qarşısında döyülüb
09:42 21 Sentyabr 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ Xorvatiyanın "Dinamo" (Zaqreb) futbol komandasının baş məşqçisi Mario Tsvitanoviç evinin qarşısında döyülüb.
"Report"un məlumatına görə, hücum edənlər dəyənəklə silahlanmış maskalı naməlum iki şəxs olub. Hadisə Tsvitanoviçin Xorvatiya Kuboku uğrunda səfər matçından qayıtdığı vaxt baş verib. Polis və təcili yardımı zərərçəkənin özü çağırıb. Həkimlər baş məşqçiyə sol əlində qırıq diaqnozu qoyublar.
Klubun yaydığı açıqlamada hüquq-mühafizə orqanlarına "Ayılın və komanda ətrafında baş verənlərə məhəl qoymamağı dayandırın" çağırışı da əksini tapıb.
Qeyd edək ki, bu, Zaqreb "Dinamo"sunun nümayəndəsinə ilk hücum faktı deyil. Avqustda komandanın müşaviri Zdravko Mamiç Bosniya və Herseqovinada ayağından güllə yarası alıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/xorvatiya-dinamo-sunun-bas-mesqcisi-evinin-qarsisinda-doyulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR