Onun sözlərinə görə, iclasın dəqiq vaxtı tərəflər arasında razılaşdırılır.
Nazir müavini istisna etməyib ki, bu ilin sonuna qədər Xəzəryanı ölkələrin XİN başçılarının görüşünün keçirilməsi məsələsi yenidən gündəmə çıxarıla bilər: "Lakin bütün bu məsələlər hələlik müzakirə mərhələsindədir. Sammitin keçirilməsi prosesin gedişatından asılı olacaq. Əgər işçi qrupunun iclası və nazirlər görüşü keçirilsə və biz əsaslı dəyişikliklər və açıq qalan məsələlər üzrə yaxınlaşma görsək, onda sammitin keçirilməsi barədə qərar qəbul ediləcək", - deyə nazir müavini bəyan edib.