"Google" daha bir məşhur smartfon brendini alıb

"Google" daha bir məşhur smartfon brendini alıb
11:47 21 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ ABŞ-ın "Google" şirkəti Tayvanın mobil cihaz istehsalçısı olan "HTC"-nin smartfon bölməsini satın alıb. "Report"un "Habertürk"ə istinadən verdiyi məlumata görə, tərəflər arasında sövdələşmənin məbləği 1,1 mlrd. dollar təşkil edib. Bu prosesin 2018-ci ildə tamamlanması gözlənilir.
Bundan sonra "HTC"-nin 2 min əməkdaşı "Google"un işçiləri hesab olunacaqlar.
Qeyd edək ki, vaxtı ikən hər 10 telefondan 1-ni istehsal edən "HTC", artıq qlobal smartfon bazarındakı mövqeyini itirərək, yalnız 0,9% paya malikdir.
"Google" bundan əvvəl eyni satınalma əməliyyatlarını "LG" və "Motorola" markaları ilə də reallaşdırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/google-daha-bir-meshur-smartfon-brendini-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR