Nazir müavini: "Yeni sazişdə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı da öz əksini tapıb"

Nazir müavini: "Yeni sazişdə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı da öz əksini tapıb"
13:07 21 Sentyabr 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ "Aİ ilə Azərbaycan arasında yeni sazişdə düşünürəm ki, əsas keyfiyyətdir".
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanla Aİ arasında yeni sazişin nə mərhələdə olduğunu demək çətindir: "Biz tələsmirik. Hər iki tərəfin mövqeyi var. Bu, bir hüquqi sənəddir və bir-iki il üçün nəzərdə tutulmayıb. Amma sənəd ilin sonuna kimi imzalanmayacaq".
Nazir müavini bildirib ki, sənəddə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı da öz əksini tapıb.
M.Məmmədquliyev qeyd edib ki, Azərbaycan "Şərq Tərəfdaşlığı" ölkələrinin növbəti sammitində Riqa sammitindəki halın baş verməməsinə çalışacaq: "Həmin sammitdə Ermənistan-Azərbaycan münaqişəsinə dair başqa mövqe var idi. Aİ-nin yeni qlobal strategiyası var və orada bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünün, təhlükəsizliyinin dəstəklənməsi aydın göstərilib".
Nazir müavini həmçinin vurğulayıb ki, tərəflər arasında enerji və nəqliyyat sahəsində də irəliləyişlər var.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/yeni-sazisde-azerbaycanin-erazi-butovluyu-serhedlerin-toxunulmazligi-da-oz-eksini-tapib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR