"S&P" Çinin reytinqini azaldıb

"S&P" Çinin reytinqini azaldıb
13:37 21 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ "Standard & Poor's" beynəlxalq reytinq agentliyi Çinin kredit reytiqini "AA-"dan "A+"a endirdiyini açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
"S&P" tərəfindən verilən açıqlamada Çinin reytinqi üzrə proqnoz "neqativ"dən "stabil"ə yüksəldilib. Agentlik reytinqin azaldılmasına səbəb kimi Çində iqtisadi və maliyyə risklərinin artması amilini göstərib. Həmçinin, Çində kreditləşmə həcminin artması da risk amili kimi qiymətləndirilib.
Xəbərin açıqlanmasından sonra dolların məzənnəsi 0,3% artımla 6,594 yuan səviyyəsinə yüksəlib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/s-p-cinin-reytinqini-azaldib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR