Keniyada ağ rəngli zürafə ailəsi tapılıb - İlk dəfə - FOTOLAR

Keniyada ağ rəngli zürafə ailəsi tapılıb - İlk dəfə - FOTOLAR
13:53 21 Sentyabr 2017
106 Digər
Ölkə mətbuatı
A- A+

Canlı təbiət öz qeyri-adiliyi və rəngarəngliyi ilə hər zaman insan oğlunun zövqünü oxşayıb və onu özünə heyran qoyub. Lakin bəzən elə reallıqlarla qarşılaşırıq ki, təəccüblənməmək olmur.

Publika.az bu qeyri-adiliklərdən biri olan albinos heyvanları təqdim edir.

Albinizm anadangəlmə dəriyə rəng verən piqmentin olmaması ilə xarakterizə olunan, dəridə melanin əmələ gətirən melanositlərin çatışmazlığıdır. Bu, nadir rast gəlinən xəstəliklərdən biridir. Albinosların (insan və ya digər canlılar) dərisi və tükləri tamamilə ağ rəngdə olduğu üçün ətrafdakıların diqqətini öz üzərlərinə asanlıqla cəlb edə bilirlər.

Belə qeyri-adi rəngin əmələ gəlməsi iki növ genetik mutasiyadan asılıdır: leykizm və albinizm. Birinci halda canlıda piqment toxumaları – melanositlər minimum kəmiyyətdə olur və ya ümumiyyətlə olmur; ikinci halda isə onlar olur, sadəcə melanin sintez etməyə qadir olmur.

Leykizmlə albinizm arasındakı ən aşkar fərq gözlərin piqmentasiyasıdır. Leykizmli növlərdə gözlər normal rəngə malikdir, albinoslarda isə buynuz qişaların piqmentasiyasının olmaması müşahidə olunur. Bu gözə qəribə çəhrayı və ya mavi rəng verməklə yanaşı, sağlamlıq üçün təhlükə yaradır. Belə halda gözlər günəş işığına xüsusilə həssas olurlar.

Canlı təbiətdə hər iki genetik dəyişkənliyi olan müxtəlif canlılara rast gəlinir. Lakin yaxın zamanlarda Keniyada tapılan ağ rəngli zürafələr alimlərin xüsusi marağına səbəb olub. Daha öncə heyvanların, demək olar ki, hər növündə albinoslara rast gəlinsə də, zürafələrdə belə hal aşkar edilməmişdi.

Tapılan albinos zürafələrin ölçülərinə görə onların ana-bala olduğu bildirilib. Mütəxəssislər bu fakta əsaslanaraq zürafələrdə albinizm mutasiyasının nəsildən-nəslə ötürüldüyünü iddia ediblər. Təbiətdə belə faktlara nadir halda rast gəlinsə də, həmin heyvanlar ovçular və digər yırtıcılardan mühafizə edilmir.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/214122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR