İraqın şimalındakı yerli hökumətin başçısının müşaviri: “Referendum"u təxirə salmağa hazırıq”

İraqın şimalındakı yerli hökumətin başçısının müşaviri: “Referendum"u təxirə salmağa hazırıq”
20:12 21 Sentyabr 2017
112 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ "İraqın şimalındakı hökumət müəyyən təminatlar veriləcəyi təqdirdə, “müstəqillik haqqında referendumu” təxirə salımağa hazırdır".
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İraqın şimalındakı yerli hökumətin başçısının müşaviri Kifah Sincari bildirib.
“Son saatlarda bölgənin başçısı Məsud Bərzani çıxışında "referendum"un təxirə salınmasını istəyənlərə bildirib ki, bir sıra məsələlərlə bağlı təminat verilməlidir. Əgər bu təminatlar verilərsə, onda biz bu tədbiri başqa vaxt keçirəcəyik. Sentyabrın 25-ni isə təminatın verilməsi günü kimi bayram edəcəyik. Biz bu məsələlərlə bağlı təminat tələb edirik: səsvermənin tarixinin ən yaxın gələcəyə təyin edilməsini, onun nəticələrinə hörmət olunmasını, İraq tərəfi ilə sərhədin delimitasiyasını, su resursları, mübahisəli ərazilər, o cümlədən Kərkük, Sincar və başqa torpaqlarla bağlı məsələlərin müzakirəsini”, - o vurğulayıb.
Qeyd edək ki, İraqın mərkəzi hakimiyyəti “referendum”u qanunsuz sayır. Türkiyə, İran, ABŞ, Britaniya, Fransa, Rusiya da bu tədbirə qarşı olduqlarını bildiriblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-raqin-simalindaki-yerli-hokumetin-bascisinin-musaviri-referendumu-texire-salmaga-haziriq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR