Yeni tüklü qarın şəklində çantalar istehsal olundu - FOTOLAR

Yeni tüklü qarın şəklində çantalar istehsal olundu - FOTOLAR
08:18 22 Sentyabr 2017
121 Digər
Ölkə mətbuatı
A- A+

Britaniyalı dizayner Albert Pyukiz (Albert Pukies) qeyri-adi çanta hazırlayıb. Çantaların oğurlanmasının qarşısını almaq məqsədi ilə hazırlanan layihə sosial şəbəkələrdə sürətlə yayılıb.

Publika.az xəbər verir ki, altı növdə hazırlanan çantalar qaradərili, ağdərili, tüklü və kilolu, piylənmənin ekstremal həddə çatdığı tüklü qarın şəklindədir. Əsas modeldən başqa, o, "Allen", "Derek" , "Maqnus", "Şerman" adı verdiyi modellər də hazırlayıb.

İdeya sosial şəbəkələrlə yanaşı, Çinin "Weibo" online satış saytında da məşhurlaşıb. Dizaynerin sözlərinə görə, artıq bir çox şirkətlər çantaların hazırlanması üçün onunla əlaqə saxlayıb.

Layihənin ilk nümunəvi versiyası artıq hazırlanıb. Çantalar qayış vasitəsilə belə bağlanır. Köynəyin altından geyinilən çanta kişiləri sadəcə qarınlı göstərəcək. Çantalardan qadınlar da istifadə də bilər.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/214220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR