"Faytonçu" Nazim efirdə jurnalistlə dalaşdı - VİDEO

"Faytonçu" Nazim efirdə jurnalistlə dalaşdı - VİDEO
13:49 22 Sentyabr 2017
137 Digər
Ölkə mətbuatı
A- A+

 

"Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişyari və jurnalist Tahirə Məmmədqızı arasında qalmaqal yaşanıb. Lent.az-ın məlumatına görə, ARB TV-nin "Səhər-Səhər" verilişində qonaq olan jurnalistlə müğənninin sözləri çəpləşib.


Nazim onu səhv əməliyyat edən və səhhətində ciddi problemlər yaranmasına səbəb olan həkimdən danışıb. Tahirənin həkimi müdafiə etməsi müğənnini qıcıqlandırıb. Nazim əsəbiləşərək jurnalistin üstünə hücum çəkib. Daha sonra Elgiz və digər qonaqlar tərəfləri sakitləşdirməyə çalışıb. N.Pişyari Tahirəyə bunları deyib:

"Jurnalistsən, get öz media qurumunda yaz, burada nə işin var? Elman Əzimovun niyə tərəfini tutursan? Onun səhvi yoxdursa, niyə 3 dəfə əməliyyat olundum? Elmanın üzündən 12 saat narkoz qəbul etdim. Kaş mənim günümə sənin əzizlərin düşsün. Onda məni başa düşərsən".

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283963

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR