Amaliya Pənahovadan sonra Samirə də BUNU ETDİ... - VİDEO

Amaliya Pənahovadan sonra Samirə də BUNU ETDİ... - VİDEO
14:03 22 Sentyabr 2017
239 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın əməkdar mədəniyyət işçisi Aşıq Samirə yaradıcılığında yenilik edib.

Publika.az-a açıqlama verən ifaçı bildirib ki, “Unuda bilmirəm” tamaşasında səslənən “Sədaqətimdir” adlı mahnını oxuyub:

“Bu mahnını bir layihə kimi təqdim edirəm. Düşünürəm ki, maraqla qarşılanacaq”.

Onu da əlavə edək ki, “Unuda bilmirəm” tamaşasında “Sədaqətimdir” mahnısını Xalq artisti Amaliya Pənahova səsləndirib. Aşıq Samirə xalq artistinin ifasında bu mahnını eşidib və öz repertuarına daxil etmək qərarına gəlib.

Qeyd edək ki, “Sədaqətimdir” adlı bəstənin sözləri İlyas Əfəndiyev, musiqisi Emin Sabitoğlu, aranjimanı isə Taleh Ağayevindir. Video-roliki videoqraf Rövşən lentə alıb.

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/214271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR