“Report” “Bild”ə istinadən xəbər verir ki, II Dünya Müharibəsindən qalan partlayıcı qurğu meydançalardan birinin qazonu dəyişdirilərkən aşkarlanıb.
Hadisə yerinə gələn mütəxəssislər 50 kq-lıq mərmini zərərsizləşdiriblər.
Qeyd edək ki, 2009-cu ildə “Ştutqart”ın ev oyunlarını keçirdiyi “Mercedes-Benz Arena”da yenidənqurma işləri aparılan zaman 34 bomba tapılıb.