Qaxda 42 yaşlı qadın itkin düşüb

Qaxda 42 yaşlı qadın itkin düşüb
18:37 22 Sentyabr 2017
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax. 22 sentyabr. REPORT.AZ/ Qax rayonunda 42 yaşlı qadın itkin düşüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qax rayon Qapıçay kənd sakini, 1975-ci il təvəllüdlü Rəsmiyyə Davud qızı Babayeva sentyabrın 21-dən yoxa çıxıb.
Onun anası Qax Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək bildirib ki, qızı Rəsmiyyə Babayeva dünən səhər saatlarında yaşadığı Qapıçay kəndindən Qax şəhərinə böyürtkən satmaq adı ilə gedib və bir daha geri qayıtmayıb.
Rəsmiyyə Babayevanın əlamətləri: Boyu 143 sm, gözlərinin rəngi şabalıdıdır. Evdən çıxarkən əynində qırmızı köynək, ağ-qara xallı şalvar, ayağında qara rəngli rezin ayaqqabı olub.
Onu görənlərdən və yaxud yerini bilənlərdən Qax Rayon Polis Şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Tel:(02425) 5 23 52; Mob:055-625-03-78



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qaxda-42-yasli-qadin-itkin-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR