Samir Abasov: "Bəxtimiz gətirsəydi xal ala bilərdik”

Samir Abasov: "Bəxtimiz gətirsəydi xal ala bilərdik”
02:17 23 Sentyabr 2017
181 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 sentyabr. REPORT.AZ/ “Oyuna pis başlamadıq. Belə çətin oyun gözləyirdik”.
"Report" xəbər verir ki, bunu "Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının VI turunda “Qarabağ”a 1:4 hesabı ilə uduzduqları səfər matçından sonra mətbuat konfransında deyib.
Abasov fikrini bu sözlərlə davam etdirib:
“Qarabağ”a qarşı hamı üçün çətin olur. Bacardığımız qədər müdafiə olunub, əks-hücumdan və ya standart vəziyyətdən fərqlənmək istəyirdik. Buna ilk dəqiqələrdə nail olduq. Ancaq individual fərq öz sözünü dedi. Bu səhvlər olmasaydı və bəxtimiz gətirsəydi xal ala bilərdik”.
Qapıçı dəyişikliyi nə ilə bağlı idi?
- Mehdiyə bundan sonra da şans verəcəyik. Çünki Fərhadın yaşı çoxdur. 1-2 ilə karyerasını bitirəcək. Mehdiyə şans verəcəyik görək bizdə oynamağa layiqdir, ya yox.
Cavid İmamverdiyevin durumu nə yerdədi?
- Buna həkimlər sabah dəqiq diaqnoz qoyacaqlar. Cavid dedi ki, iynə kimi sancdı. Bu da pis əlamətdir. Belə aparıcı oyunçunu itirmək istəmirik. Ümid edirik ki, ciddi olmaz.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/samir-abasov-bextimiz-getirseydi-xal-ala-bilerdik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR