Bu şəxslər təhlükəsizlik kəməri taxmaya bilər

Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər 40 manat cərimə olunur. Amma bunu bütün sürücülərə aid etmək olmaz.

Hüquqşunas Asif Abdullayev Metbuat.az-a açıqlamasında bildirir ki, hamilə qadınlara təhlükəsizlik kəmərindən istifadə etməməyə icazə verilir:

“Yol Hərəkəti Haqqında Qanunun 37-ci maddəsinin 6-cı hissəsində göztərilir ki, hamilə qadınlar təhlükəsizlik kəmərindən istifadə etməyə bilər. Amma hər bir halda təhlükəsizlik kəmərindən istifadə etməmək təhlükəlidir. Digər tərəfdən, hadisə baş versə hamilə qadının təhlükəsizlik kəmərindən istifadə etməsi ana bətnində olan uşağa xəsarət yetirə bilər. Bu səbəblə, hamilə qadınların avtomobildə daha ehtiyatlı olmaları lazımdır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

VİDEO: Dayə 9 aylıq uşağa işgəncə verdi - Ürəyi zəif olanlar baxmasın! 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR