"İsgəndər Cavadov BFA" fəaliyyətə başladı - FOTOLAR

"İsgəndər Cavadov BFA" fəaliyyətə başladı -   FOTOLAR
17:47 23 Sentyabr 2017
164 İdman
Ölkə mətbuatı
A- A+

Fəaliyyətini dayandırmış "Bakı" futbol klubunun bazasında "İsgəndər Cavadov Bakı Futbol Akademiyası" fəaliyyətə başlayıb.


Fanat.Az xəbər verir ki, akademiya hələlik AFFA-nın təşkilatçılığı ilə keçirilən 5 liqada təmsil olunacaq. Belə ki, "İsgəndər Cavadov BFA"nın U-10, U-12, U-13, U-14 və U-15 liqalarında mübarizə aparacaq. 


Artıq U-15-in "Boulevard Hotel U-15" liqasındakı ilk rəqibi müəyyənləşib. Komanda sabah İOEUGİM-lə (Sumqayıt) qarşılaşacaq.


Hələlik komandaların sponsoru yoxdu. Akademiyaya rəhbərlik edən veteran futbolçu İsgəndər Cavadov bütün xərcləri özü həll edir.


Akademiyanın məqsədi "Bakı" klubunun gördüyü işləri davam etdirmək, Azərbaycanın bütün regionlarından istedadlı uşaqları cəlb etməkdi. Gələcəkdə istedadlı yeniyetmələrin xaricdəki məşhur akademiyalara göndərilməsi gönərdə tutulur.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsgndr-cavadov-bfaquot-faliyyt-balad-t60718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR