İndoneziyada 34 min nəfər təxliyyə olundu

İndoneziyanın Bali adasındakı Aqunq vulkanının tüstülənməsinə görə bölgədən 34 minə yaxın adam təxliyyə olunub.

Metbuat.az bildirir ki, vulkandakı textonik fəallığın ən yüksək həddə çatması həyəcan vəziyyətinin yaranmasına səbəb olub. Hər an böyük partlayışın baş verə biləcəyi istisna edilmir.

Sakinlərin və ölkəyə gələn turistlərin vulkandan azı 12 km uzaqlıqda olmaları məsləhət görülüb. 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR