"Roma"nın daha bir futbolçusu zədə üzündən Bakıya gəlməyəcək

"Roma"nın daha bir futbolçusu zədə üzündən Bakıya gəlməyəcək
10:27 25 Sentyabr 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ İtaliyanın "Roma" klubu "Qarabağ"la keçirəcəyi Çempionlar Liqasının II tur matçı ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib. "Report"un məlumatına görə, yarımmüdafiəçi Dieqo Perotti "Udineze" ilə A Seriyasının VI tur qarşılaşmasında zədə alıb.
O, ayağının kəsilmiş hissəsinin fotosunu şəxsi "İnstagram"ında yerləşdirib. Bakıya səfər edə bilməyəcək 29 yaşlı argentinalı oyunçunun oktyabrın 1-də "Milan"la səfər matçında da iştirakı sual altına düşüb.
Daha əvvəl Patrik Şikin də zədə üzündən "Qarabağ"la və Çexiya millisinin heyətində oktyabrın 5-də Azərbaycan yığması ilə görüşləri buraxacağı açıqlanıb.
Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Roma" matçı saat 20:00-da başlanacaq. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/roma-nin-daha-bir-futbolcusu-zede-uzunden-bakiya-gelmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR