Türkiyə XİN ölkə vətəndaşlarını İraqın şimalını tərk etməyə çağırıb

Türkiyə XİN ölkə vətəndaşlarını İraqın şimalını tərk etməyə çağırıb
12:57 25 Sentyabr 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ Türkiyə Xarici İşlər Nazirliyi İraqda keçiriləcək "referendum"la əlaqədar vətəndaşlarına bu ölkənin şimalını tərk etməyi israrla tövsiyə edir. 
"Report" xəbər verir ki, bu barədə XİN-in bəyanatında bildirilib.
"Türkiyə Xarici İşlər Nazirliyi daha əvvəl də Türkiyə vətəndaşlarına İraqın müəyyən hissələrinə səfərdən çəkinməyi tövsiyə edib, son xəbərdarlıq 2016-cı il oktyabrın 18-də olunub. Şimali İraqda sentyabrın 25-də keçiriləcək referendum İraqda təhlükəsizlik və təhdidlər məsələləri ilə bağlı yeni problemlərə yol aça bilər. Bununla əlaqədar əvvəlki xəbərdarlığı Duhok, Ərbil və Süleymaniyyə bölgələrinə də aid etməyi lazım bildik. Türkiyə vətəndaşlarına zəruri hallar istisna olmaqla bu bölgələri tərk etməyi israrla tövsiyə edirik", - bəyanatda deyilir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-xi-n-olke-vetendaslarini-i-raqin-simalini-terk-etmeye-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR