Rusiyanın Krasnodar diyarında ağır yol qəzası baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, M-4 “Don” avtomagistralında turist avtobusu idarəetmədən çıxaraq yol kənarında dayanan yük maşınına çırpılıb.

Nəticədə 6 nəfər hadisə yerində ölüb, 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri barədə məlumat verilmir.

Avtobusun Adler kurortundan Nijni Novqorod şəhərinə yollandığı məlum olub. Qəzanın səbəbləri müəyyənləşdirilir.