Ukraynanın Kalinkovka şəhərindəki silah anbarında partlayış baş verib

Ukraynanın Kalinkovka şəhərindəki silah anbarında partlayış baş verib
01:57 27 Sentyabr 2017
147 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 sentyabr. REPORT.AZ/ Ukraynanın Vinnitskaya vilayətinin Kalinkovka şəhərində yerləşən hərbi anbarda partlayışla nəticələnən yanğın baş verib.
"Report" xəbər verir ki, hazırda hüquq-mühafizə orqanları yaxınlıqdakı ərazilərin əhalisini təxliyyə edir.
"Polis partlayış səslərinin eşidildiyi Kalinkovka şəhərində ictimai asayişin mühafizəsini təmin edir. Milli Qvardiyanın əməkdaşları və hüquq mühafizəçiləri yaşayış məntəqəsinə girişi bağlayıb və yerli sakinlərin köçürülməsi ilə məşğul olur", - deyə Vinnitskaya vilayətinin Baş Polis İdarəsinin məlumatında qeyd olunub.


Xəbərin orijinal ünvanı: https://report.az/region/ukraynanin-kalinkovka-seherindeki-silah-anbarinda-partlayis-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR