“Qarabağ” üçün böyük GÜN

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxacaq.

Qurban Qurbanovun komandası İtaliyanın “Roma” klubunu qəbul edəcək. Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsinin ölkəmizdə keçirilən ilk oyunu kimi əlamətdardır.

Oyun üçün satışa çıxarılan 67 min 500 biletin hamısının satılması “Qarabağ”ın güclü azarkeş dəstəyinin olacağından xəbər verir. Matçın favoriti qonaqlar olsa da, Ağdam təmsilçisinin doğma meydanda, güclü azarkeş dəstəyi qarşısında yaxşı nəticə qazanacağına da ümid edənlər az deyil.

Qeyd edək ki, qrupun digər oyununda “Atletiko” “Çelsi”ni qəbul edəcək.

27 sentyabr

Çempionlar Liqası

Qrup mərhələsi, 2-ci tur

C qrupu

20:00. “Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya)

Baş hakim: Artur Dias

Baş hakimin köməkçiləri: Rui Tavares, Paulo Soares

Əlavə hakim köməkçiləri: Tiaqo Martins, Joao Pineyro

Dördüncü hakim: Bruno Rodriqes (hamısı Portuqaliya)

Bakı Olimpiya Stadionu  

"Qarabağ"a böyük hörmətim var - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR