Türkiyənin Çanaqqala əyalətinin Bayramiç mahalında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az bildirir ki, yük maşını toya gedənləri aparan mikroavtobus və digər bir avtomobillə toqquşub. Nəticədə aşan mikroavtobusda olan 10 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili yardım maşınları cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.
Qəza ilə əlaqədar araşdırma aparılır.