"Barselona"nın müdafiəçisi Jerar Pike Kataloniyada keçirilən müstəqilliklə bağlı referendumda iştirak edib.

Publika.az xəbər verir ki, 30 yaşlı futbolçu bu barədə Tvitter hesabında məlumat yayıb:

"Mən səs verdim. Birlikdə biz demokratiyanı müdafiə edə bilərik" - şərhini yazıb.