"Qeyri-ərzaq mallarının qiymətinin artmasında əsas aparıcı amil ilin əvvəlindən etibarən istehlak bank kreditləşməsinin 11% və ya 270 mlrd. tenge (790 mln. ABŞ dolları) artmasıdır", - deyə D.Akişev qeyd edib.
Mərkəzi Bank rəhbərinin sözlərinə görə, ilin ilk yarısında yerli malların qiymət artımını əks etdirən ÜDM deflyatoru 6,7% artıb ki, bu da ümumi inflyasiyadan aşağıdır. Yəni, idxal mallarında da inflyasiya müşahidə edilib".
"Qazaxıstanın idxal mallarını əvəz etməsi üçün bir qədər zamana ehtiyacı var. Rusiyadan idxal məhsullarının 2017-ci ildə 32% artması onu göstərir ki, yerli mallar rəqabətə kifayət qədər davamlı deyil", - deyə D.Akişev əlavə edib.