Dövlət büdcəsinə gömrük daxilolmaları

2017-ci ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 1,95 milyard manatdan çox vəsait köçürüb.

Metbuat.az-ın Komitənin hesabatına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin ilk 9 ayı ilə müqayisədə 18 faiz çoxdur.

Sentyabr ayında büdcəyə daxilolma 243 milyon manatdan çox olub. Ötən ay gömrük rüsumlarından daxil olma 56,2 milyon manat, ƏDV – 176,3 milyon manat, aksiz – 7,8 milyon manat, yol vergisindən daxilolmalar isə 3,4 milyon manat təşkil edib.

2016-cı ilin sentyabrı ilə müqayisədə gömrük rüsumlarından daxilolma 1,4 faiz azalıb, ƏDV – 10 faiz artıb, aksiz – 1,9 faiz azalıb, yol vergisindən daxilolmalar isə 41,7 faiz artıb.

Qeyd edək ki, 2017-ci il üzrə dövlət büdcəsinə gömrük daxilolmaları proqnozu 2,205 milyard manata bərabərdir.

Sürücülər, mütləq oxuyun! - Saat 22:00-dan etibarən... - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR