Sürücülər, mütləq oxuyun!

Bu gecə İstiqlaliyyət küçəsində və Neftçilər prospektində rənglənmə işləri davam etdiriləcək.

Bu barədə Metbuat.az-a "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, "Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir:

“Belə ki, bu gün axşam saat 22:00-dan etibarən Səbail rayonu, İstiqlaliyyət küçəsində, həmçinin 24:00-dan etibarən Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişmədən Yusif Səfərov küçəsi ilə kəsişməyədək olan hissəsində yeni üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq”.

Metro istifadəçiləri MÜTLƏQ OXUYUN! - Yoxsa, 50 manat cəriməsi var... – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR