“Pulsuz Wi-Fi” şəbəkəsi tezliklə Bakının İzmir və Nərimanov parklarında istifadəyə veriləcək.
Publika.az “Baktelecom”a istinadən xəbər verir
ki, “Pulsuz Wi-Fi”ın əhatə dairəsi genişlənir. Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Bakı Telefon
Rabitəsi" MMC (Baktelecom) tərəfindən cari ilin mart ayından
etibarən həyata keçirilən “İctimai İnternet” layihəsi üzrə “Pulsuz
Wi-Fi” xidmətindən paytaxt sakinləri və şəhərimizin qonaqları yaxın
günlərdə İzmir və Nərimanov parklarında da faydalana
biləcəklər.
Qeyd edək ki, bugünədək “İctimai İnternet” şəbəkəsi Dövlət Bayrağı
Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Parkı, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin
parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun,
Muğan bağları, Qış, Zabitlər, Dədə Qorqud, eləcə də “Port Baku
Residence” və “Port Baku Mall” (Fashion Avenue) parklarında da
aktiv edilib.