Bakının bu yollarında sürət həddi endirildi

Paytaxtın əsas yollarında sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən Metbuat.az-a verilən məlumata görə, faktiki hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə paytaxtın əsas magistral yolları - Heydər Əliyev prospekti - Hava Limanı və Zığ dairəsi - Hava Limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olan zaman hava şəraitini nəzərə almaqla sürət həddinə əməl etsinlər.

Ayağınıza dar olan ayaqqabıları genişləndirin - Bu üsulla / VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR