Keniyada məktəbə hücum edilib.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə "BBC News" məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə ölkənin şimal-qərbindəki Lokiçodjioda baş verib. Hücum zamanı 5 şagird və 1 mühafizəçi öldürülüb.

Agentliyin xəbərinə görə, hücum əvvəllər məktəbin şagirdi olmuş və intizamı pozmuş yeniyetmələrdən biri tərəfindən həyata keçirilib. Qeyd edilir ki, hadisə zamanı daha 18 nəfər yaralanıb.

Milli.Az