Avstriyada təqaüdçü seçki məntəqəsini yandırmağa cəhd göstərib

Avstriyada təqaüdçü seçki məntəqəsini yandırmağa cəhd göstərib
02:17 16 Oktyabr 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 oktyabr. REPORT.AZ/ Avstriyanın Ştiriya torpağında yerləşən Hartberq bələdiyyəsində 77 yaşlı kişi seçki məntəqəsini yandırmağa cəhd göstərib.
“Report” "Heute" nəşrinə istinadən xəbər verir ki, təqaüdçü özü ilə benzin kanistri gətirib və yanacağı məntəqəyə tökməyə başlayıb.
Ətrafdakılar ona müdaxilə edərək benzini yandırmasının qarşısını alıblar.
Hadisə yerinə gələn polis əməkdaşının sözlərinə görə, yaşlı kişinin "ağlı başında olmayıb".
Oktyabrın 15-də Avstriyada növbədənkənar parlament seçkiləri keçirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/avstriyada-teqaudcu-secki-menteqesini-yandirmaga-cehd-gosterib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR