Azərbaycanda maliyyə təşkilatlarının sayı artır

Azərbaycanda maliyyə təşkilatlarının sayı artır
14:47 16 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatların sayı ilin əvvəlindən 2,9% artaraq oktyabrın 1-nə 1 612 vahidə çatıb.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə maliyyə və sığorta fəaliyyəti ilə bağlı 60 şirkət və ya müəssisə yaradılıb, 21-i isə ləğv olunub. Müəssisə və təşkilatların 1 547-si kommersiya təşkilatıdır. Maliyyə fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlar ölkədəki cəmi müssisə və təşkilatların 1,4%-ni əhatə edib.
2017-ci ilin yanvar-sentyabr ayları ərzində müəssisə və təşkilatların sayı 7,7% artaraq 2017-ci il oktyabrın 1-nə 115 651 olub. 
Dövlət reyestrində qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (33,7%), Böyük Britaniya (8,1%), Rusiya (7,3%), İran (6,5%), ABŞ (3,4%) və Almaniya (2,2%) ölkələrinin sahibkarları tərəfindən yaradılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-maliyye-teskilatlarinin-sayi-artir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR