“Yuventus” və “Milan”ın sabiq baş məşqçisi BƏƏ yığmasına rəhbərlik edəcək

“Yuventus” və “Milan”ın sabiq baş məşqçisi BƏƏ yığmasına rəhbərlik edəcək
12:27 17 Oktyabr 2017
33 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yığmasının yeni baş məşqçisi müəyyənləşib. “Report” xəbər verir ki, bu posta italiyalı Alberto Zakkeroni təyin olunub.
64 yaşlı italiyalı mütəxəssis BƏƏ millisi ilə mundiala vəsiqə qazana bilməyən argentinalı Edqardo Bausanı əvəzləyib. Zakkeroni ilə müqavilənin müddəti 2019-cu ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Alberto Zakkeroninin son iş yeri Çinin “Beytszin Qoan” komandası olub. O, daha əvvəl vətənində “Yuventus”, “Milan”, “Latsio” və “İnter” kimi kollektivlərin baş məşqçisi vəzifəsində çalışıb. Təcrübəli mütəxəssis 1998/1999 mövsümündə “Milan”la İtaliya çempionu olub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/yuventus-ve-milan-in-sabiq-bas-mesqcisi-bee-yigmasina-rehberlik-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR