“Google” kartoqrafik servisinə planet və peyklərin “3D” modelləri əlavə olunub

“Google” kartoqrafik servisinə planet və peyklərin “3D” modelləri əlavə olunub
14:35 18 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

“Google” şirkəti astronomiya həvəskarları üçün planet və peykləri öyrənmək imkanı təqdim edərək onların üçölçülü (3D) modellərini kartoqrafik servisə əlavə edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, Venera, Pluton və əksər Saturn peyklərinin maksimum oxşar modelləri ABŞ Kosmik Agentliyi (NASA) və Avropa Kosmik Agentliyinin məsləhətçilərinin köməyi ilə yaradılıb. Maraqlıdır ki, fotoşəkillərin əsas mənbəyi rolunda bu ilin sentyabrında Saturna başa çatan missiya çərçivəsində yüzlərlə şəkil çəkən “Cassini” kosmik aparatı oynayıb.

Məlumata görə, miqyas artırılan zaman modeldə coğrafi obyektlərin adları görünməyə başlayır.

Bundan əvvəl istifadəçilər yalnız Yer, Ay, Mars, Merkuri modellərini və Beynəlxalq Kosmik Stansiyanın interyerini tədqiq etmək imkanından yararlana biliblər.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-50739-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR